Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin 2 saylı Uşaq evində “Düşüncədən qələbəyə”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin 2 saylı Uşaq evində “Düşüncədən qələbəyə”

  • 03 Yanvar 2026
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin 2 saylı Uşaq evində “Düşüncədən qələbəyə” debat layihəsi çərçivəsində son görüşü 30 dekabr tarixində baş tutub.

Yekun görüşdə layihə iştirakçıları qruplara bölünərək müxtəlif mövzularda debat aparıb, öyrəndikləri bacarıqları praktik şəkildə tətbiq ediblər. Onlar arqument hazırlamaq, qarşı tərəfi dinləmək, sual vermək, fikri əsaslandırmaq kimi debat elementlərini real situasiyada sınaqdan keçiriblər. Qruplar mövzulara uyğun olaraq mövqelərini müdafiə edib, komandada əməkdaşlıq və düzgün çıxış mədəniyyəti nümayiş etdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaqlarda tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların düzgün və effektiv ünsiyyət qurmaq, arqumentləşdirmə, ictimai çıxış və fikir mübadiləsi vərdişlərini gücləndirməkdir.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #DüşüncədənQələbəyə #Debat