31 oktyabr 2025-ci il tarixində “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində TƏBİB-in Korporativ əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli ilə görüş keçirilib.
31 oktyabr 2025-ci il tarixində “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində TƏBİB-in Korporativ əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli ilə görüş keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva Uşaq Səfirlər Məclisinin fəaliyyəti və layihənin məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Nigar Rüstəmli öz həyat hekayəsini və peşəkar təcrübəsini gənc qızlarla bölüşüb. O, qızların cəmiyyətdəki rolu, onların öz potensiallarına inanması və ictimai həyata fəal şəkildə qoşulmasının əhəmiyyəti barədə fikirlərini bildirib.
Nigar Rüstəmli çıxışında iştirakçıların ünvanladığı sualları cavablandırıb, onları öz arzularından çəkinməməyə, dəyişimin bir parçası olmağa və məsuliyyətli vətəndaş kimi cəmiyyətə töhfə verməyə çağırıb.
Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #QızlarMüzakirəyəQoşulur