15 oktyabr 2025-ci il tarixində “Uşaq Səfirlər Məktəbi – 3” təcrübə proqramının bağlanış mərasimi baş tutub

15 oktyabr 2025-ci il tarixində “Uşaq Səfirlər Məktəbi – 3” təcrübə proqramının bağlanış mərasimi baş tutub

  • 20 Oktyabr 2025
  • admin

15 oktyabr 2025-ci il tarixində “Uşaq Səfirlər Məktəbi – 3” təcrübə proqramının bağlanış mərasimi baş tutub. Dörd ay davam edən proqram çərçivəsində gənc könüllülər müxtəlif fəaliyyətlərdə iştirak edərək bilik və bacarıqlarını təkmilləşdiriblər.

Proqramda iştirakçılar 3 əsas departament — Uşaqlarla İş, Layihələrin İdarəedilməsi və İKT Departamenti üzrə seçilərək, müxtəlif istiqamətlərdə təcrübə qazanıblar. Seçilmiş könüllülər tədbirlərin təşkilində aktiv iştirak edib, uşaq səfirlərlə birgə çalışaraq kommunikasiya, liderlik və sosial bacarıqlarını inkişaf etdiriblər.

Bağlanış mərasimində proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

“Uşaq Səfirlər Məktəbi”nin əsas məqsədi gənclər arasında liderlik, əməkdaşlıq və innovativ düşüncə tərzinin təşviq olunması, eyni zamanda onların sosial fəallığının artırılmasıdır.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #UşaqSəfirlərMəktəbi3