“Vaxtın düzgün idarə olunması - Time Management”
Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri məktəblilərə “Vaxtın düzgün idarə olunması - Time Management” adlı təlim deyiblər.
Oktyabrın 19-da S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri Ayan Əhmədova və Aşurbəy Məmmədzadə tərəfindən növbəti təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva uşaqlar tərəfindən keçirilən bu cür təlimlərin xüsusi maraq cəlb etdiyini və uşaqlar arasında kommunikasiyanın daha güclü olduğunu qeyd edib. Bunun üçün “Uşaqdan uşağa” layihəsinin bu qəbildən əlverişli bir platforma olduğunu vurğulayıb.
Sonra Uşaq Səfirlər Məclisinin üzvləri vaxtın düzgün idarə edilməsi və məktəb yaşlarında bunun xüsusi əhəmiyyətə malik olduğunu təlimin davam edən hissələrində müxtəlif təqdimatlar və oyunlarla izah ediblər.
Təlim uşaqların xüsusi maraqlarına səbəb olub və suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyası Uşaq Səfirlər Məclisinin məktəb nümayəndəliklərindən biridir.