“Uşaqdan uşağa” layihəsi çərçivəsində təlim
“Uşaqdan uşağa” layihəsi çərçivəsində təlim təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək, təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə 23 iyun 2022-ci il tarixində Quba rayonunda “Uşaqdan uşağa” layihəsi çərçivəsində təlim keçirilib.
Dövlət Komitəsinin əməkdaşlarının və Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən keçirilən təlimdə dövlət uşaq siyasəti, Komitənin bu istiqamətdə fəaliyyəti, regionlarda usaqların qarşılaşdığı problemlər və həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb, uşaqlar tərəfindən maraqlı təkliflər səsləndirilib. Uşaq Səfirlər Məclisinin bölgələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıldı.
Həmçinin tədbirdə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan Uşaq Səfirlər Məclisinin https://cac.info.az saytının təqdimatı da keçirilib.
Sonda Uşaq Səfirlər Məclisinin üzvlərinə üzvlük kartları təqdim edilib, iştirakçılara maarifləndirici materiallar paylanılıb.
Tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri, Quba, Xaçmaz, Qusar rayonlarını təmsil edən istedadlı uşaqlar, şəhid və qazi övladları, eləcə də Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun fəalları olmaqla 60 uşaq iştirak edib.