“Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimi keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Bakı şəhəri 300 nömrəli tam orta məktəbdə şagirdlər üçün təlim keçirilib.
Təlimi salamlama nitqi ilə Komitənin əməkdaşı Təranə Piriyeva açaraq bu kimi təlimlərin əhəmiyyətindən, eyni zamanda uşaqların fəallığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib və onlara öz təhsil həyatlarında uğurlar arzu edib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Nicat Rəhimov və İnci Hüseynli tərəfindən yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının qarşısının alınması istiqamətində keçirilən təlimdə interaktiv metodlar vasitəsilə uşaqların fəallığı təmin edilmiş, uşaqlar tərəfindən cavablandırılan sorğu blankları təhlil edilib.
Tədbir zamanı aqressiv davranış hallarının fəsadları mövzusunda uşaqların hazırladıqları səhnəciklər nümayiş etdirilmiş, mövzu əsasında uşaqların fikirləri və mövzu ətrafında suallar cavablandırılıb.