Uşaq Səfirlərin "UŞAQ HÜQUQLARI: İnkişaf üçün birləşək" adlı təlimi keçirilib.
Avqustun 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əksər regionlardan olan qızların (100 qız) iştirakı ilə keçirilən "Biz birlikdə güclüyük!" yay düşərgəsinin ikinci günündə Uşaq Səfirlər Məclisinin Beynəlxalq əlaqələr departamentinin üzvləri Məryəm Hacıyeva və Məryəm Hüseynova tərfindən UŞAQ HÜQUQLARI: İnkişaf üçün birləşək" adlı təlim keçirilib.
Təlimdə Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasından bəndlər uşaqların nəzərinə çatdırılıb, birlikdə müzakirə və təhlillər aparılıb, uşaqların hüquqlarının qorunması ilə bağlı hansı təşəbbüslərlə çıxış etməli olduqları və birlikdə öz hüquqlarını təqdim və təşviq edən bir fərd ola biləcəkləri çatdırılıb. Eyni zamanda dövlət uşaq siyasətinin bu şəkildə formalaşdığı də bildirilib.
Təlim interaktiv formada, müxtəlif oyunlarla davam edib.