Uşaq Səfirlərimizin növbəti “Qızlar Müzakirəyə Qoşulur” təlimi
Uşaq Səfirlərimizin növbəti “Qızlar Müzakirəyə Qoşulur” təlimi
Uşaq Səfirlər Məclisinin “Qızlar Müzakirəyə Qoşulur” silsilə tədbiri çərçivəsində erkən nikah, əmək istismarı, stereotiplər və komplekslərə dair təlimi keçirilib. Təlim Suraxanı Gənclər Evində Uşaq Səfirlərimiz İnci Hüseynli və Ayan Əhmədova tərəfindən keçirilib.
Əvvəlcə çıxış edən Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva Uşaq Səfirlər Məclisi, onun fəaliyyət istiqamətləri, Məclis institutu, üzvləri və nümayəndələri barədə məlumat verib. Bildirib ki, uşaqların inkişafına məhz uşaqların birbaşa təşəbbüskarlığı ilə töhfə vermək Dövlət Komitəsinin əsas məqsədidir və bugünkü təlim də onun bariz nümunəsidir.
Təlim uşaqlardan cavab tapmaq istədikləri sualların yazılması ilə başlayıb. Belə ki, həmin suallar üzərində təlimdə qeyd olunan hər bir mövzu haqqında uşaqlarla ətraflı söhbət aparılıb, hər bir problemin səbəbi və fəsadları uşaqlarla birlikdə müzakirə edilib, birlikdə həll yolları müəyyənləşdirilib.
Təlim uşaqların mövzu ətrafında suallarının cavablandırılması və təkliflərinin səsləndirilməsi ilə başa çatıb.