Uşaq Səfirlərimiz “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Hökməli və Masazır qəsəbə tam orta məktəblərinin buraxılış sinif şagirdləri üçün təlim keçib
Uşaq Səfirlərimiz “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Hökməli qəsəbə tam orta məktəbi və Masazır 6 nömrəli tam orta məktəbinin buraxılış sinif şagirdləri üçün təlim keçib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən Hökməli qəsəbə tam orta məktəb və Masazır 6 nömrəli tam orta məktəbinin buraxılış sinif şagirdləri üçün təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva bu kimi təlimlərin şagirdlər, xüsusən də abituriyentlərin motivasiyasının artırılmasında və düzgün seçimlər etməkdə faydalı olduğunu bildirib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı, Xəlil Babayev və Məclisin könüllülük proqramının üzvü Nicat Əliyev tərəfindən “Düşüncələrimizin kölgəsinə” adlı təlim keçilib. Təlimdə interaktiv üsullar ilə stereotip yanaşmaların, o cümlədən ailə, məktəb və dost əhatəsi daxil olmaqla yeniyetmələrə qarşı psixoloji basqının qarşısının alınmasında atıla biləcək addımlar barədə danışılıb. Qeyd edilib ki, bugünkü seçimlərimiz sabahkı həyatımıza istiqamətverici əsas qüvvədir.
Təlimdə sosial təzyiqlər praktiki şəkildə oyun üzərində göstərilib və uşaqların mövzu ətrafında sualları cavablandırılıb.