Uşaq Səfirlərimiz Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “GameTech” hakatonunda I yer tutublar
Uşaq Səfirlərimiz Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “GameTech” hakatonunda I yer tutublar
"Yaradıcı Həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “GameTech” (oyun texnologiyaları) hakatonu keçirilib.
Hakatonda iştirak edən Uşaq Səfirlər Məclisinin Uşaq hüquqları və Uşaqlarla iş departamentinin direktoru Jalə Muradlı və Beynəlxalq əlaqələr departametinin üzvü Məryəm Hacıyeva və Məclisin məktəb nümayəndəsi Zahid İbrahimlinin təmsil olunduğu komandanın təqdim etdiyi “Lost Control” oyun layihəsi müvafiq nominasiya üzrə I (birinci) yerə layiq görülüb.
Səfirlərimizi təbrik edir, uğurlar arzu edirik!
Qeyd edək ki, 48 saat müddətində mentorların dəstəyi ilə öz yaradıcı və innovativ oyun layihələrini yaradan və təqdim edən komandaların bir araya gəldiyi “GameTech” hakatonunda oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər iştirak ediblər. Sonda hər bir komanda üç dəqiqə ərzində hazırladıqları prototipləri münsiflər heyətinə təqdim ediblər.