Uşaq Səfirlərimiz Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Cultech” hakatonunda II yer tutublar

Uşaq Səfirlərimiz Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Cultech” hakatonunda II yer tutublar

  • 03 Dekabr 2023
  • admin

"Yaradıcı Həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) hakatonu keçirilib.

Hakatonda iştirak edən Uşaq Səfirlər Məclisinin İKT departamentinin direktoru Aşurbəy Məmmədzadə və üzvü Rüfət Əzizzadənin iştirak etdiyi üç nəfərdən ibarət komanda hazırladıqları xarici muzeylərin holoqram cihazla təqdimi prototipi ilə II yerə layiq görülüblər.

Səfirlərimizi təbrik edir, uğurlar arzu edirik!

Qeyd edək ki, 48 saat müddətində mentorların dəstəyi ilə öz yaradıcı və innovativ məhsullarının prototiplərini təqdim edən komandaların bir araya gəldiyi “CulTech” hakatonunda kreativ sektorda olan məsələlərə innovativ həll yolları araşdırılıb. Sonda hər bir komanda üç dəqiqə ərzində hazırladıqları prototipləri münsiflər heyətinə təqdim ediblər.