Uşaq Səfirlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri sırasında

Uşaq Səfirlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri sırasında

  • 15 May 2023
  • admin

Uşaq Səfirlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri sırasında

Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Xüsusilə qeyd etməliyik ki, Uşaq Səfirlər Məclisinin üzvləri Məryəm Hacıyeva və Fatimə Hüseynova III dərəcəli diplom və hədiyyələr ilə təltif ediliblər.

Səfirlərimizi təbrik edir, onlara bol müvəffəqiyyətlər arzu edirik!