Uşaq Səfirlər Məclisinin Zərdab rayon üzrə nümayəndələri Məmməd Məmmədov, Həcər Xəlilzadə və fəal şagirdlərin təşəbbüsü ilə, məktəb rəhbərliyinin dəstəyi ilə 20 Yanvara həsr olunmuş "Qanlı tariximiz" adlı tədbir keçirilib
Uşaq Səfirlər Məclisinin Zərdab rayon üzrə nümayəndələri Məmməd Məmmədov, Həcər Xəlilzadə və fəal şagirdlərin təşəbbüsü ilə, məktəb rəhbərliyinin dəstəyi ilə 20 Yanvara həsr olunmuş "Qanlı tariximiz" adlı tədbir keçirilib. Tədbirin əsas mahiyyəti Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi yad etmək və şagirdlərə öz tarixlərini xatırlatmaqdır. Tədbirdə şagirdlər tərəfindən şeirlər söylənilib, müəllimlər isə 20 Yanvar hadisələri ilə bağlı öz xatirələrini bölüşərək tədbirin mahiyyətini izah ediblər.