Uşaq Səfirlər Məclisinin Xocalı rayonu üzrə nümayəndələrinin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Xocalı rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə yeniyetmələr üçün maarifləndirici tədbir təşkil olunub.
Layihə çərçivəsində “Birlikdə inkişaf edək” və “Gələcəyini qur” adlı təlimlər keçirilib. Tədbirin məqsədi gənclər arasında ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özünüifadə və sosial iştirakçılığı gücləndirmək olub.
Təlim zamanı uşaqlar şəxsi çıxışlar edib, qrup müzakirələrində iştirak ediblər, gələcəklə bağlı fikirlərini posterlər üzərində yaradıcı şəkildə ifadə ediblər.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər