Uşaq Səfirlər Məclisinin Xızı regionu üzrə fəalının “İnsan alveri” mövzusunda təlimi

Uşaq Səfirlər Məclisinin Xızı regionu üzrə fəalının “İnsan alveri” mövzusunda təlimi

  • 30 Aprel 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Xızı regionu üzrə fəalı Fəxrəddin Civişov təhsil aldığı Çaylı kənd V. Göşşüyev adına 1 nömrəli tam orta məktəbdə “İnsan alveri” mövzusunda VII-VIII və IX-X sinif şagirdlərinə təlim keçib. Təlim onlayn sessiyalar ilə də davam edib.

 

Təlimdə uşaq hüquqları, insan alverinin hər cür formasından uşaqların qorunması və bu barədə qanunvericilikdə öz əksini tapan məsələlər qeyd edilib. Uşaqlara bu kimi hallar hiss olunduqda, qurbanı və ya şahidi olduqda atılabiləcək addımlar, müraciət edilməli olan qurumlar bildirilib.

 

Təlim uşaqlar mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.