Uşaq Səfirlər Məclisinin üzvü və Gəncə şəhəri üzrə nümayəndəsinin növbəti uğuru

Uşaq Səfirlər Məclisinin üzvü və Gəncə şəhəri üzrə nümayəndəsinin növbəti uğuru

  • 05 Yanvar 2024
  • admin

Uşaq Səfirlər Məclisinin üzvü və Gəncə şəhəri üzrə nümayəndəsinin növbəti uğuru

Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvü Tunar Məmmədli və Məclisin Gəncə şəhəri üzrə nümayəndəsi Hüseyn İsmayılov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Lütfizadə Texnologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən LTC No-Code İnkubasiya Proqramının qalibi olublar.

Sahibkarlara artım və innovasiya üzərində fokuslanmağa şərait yaradan, No-Code və Low-Code texnologiyalarını tətbiq edən startapların və startap ideyalarınının inkişafına yönəlmiş LTC No-Code İnkubasiyası erkən mərhələdə olan startaplara kodlaşdırmadan öz bizneslərini qurmaq və miqyasını genişləndirmək imkanı verir. 

Qeyd edək ki, bu proqram vasitəsilə ideya sahibləri üçün əlverişli biznes mühitinin yaradılmasına, startapların qarşılaşdıqları çağırışların öhdəsindən gəlməkdə effektiv biznes həllərinin tətbiqinə dəstək göstəriləcək. Proqram startapların uğurlu inkişafı, yerli və beynəlxalq bazarlara çıxışı imkanı, eləcə də investorları cəlb etmək üçün əlverişli platformadır.

Tunar və Hüseyni təbrik edir, uğurlar arzu edirik!