Uşaq Səfirlər Məclisinin üzvləri və ümumi təhsil müəssisələri üzrə nümayəndələri üçün “Fotoqrafiyanın əsasları” adlı təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri və ümumi təhsil müəssisələri üzrə nümayəndələri üçün 20 fevral 2024-cü il tarixində “Fotoqrafiyanın əsasları” adlı təlim keçirilib.
Azərbaycan Fotoqrafları Birliyinin yaradıcısı Mirnaib Həsənoğlu və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Rüfət Yaqubov tərəfindən keçirilən təlimdə foto çəkilişin sirləri və fotoqrafiyanın əsası olan işıq texnikası, fotokompozisiya və fotoqrafiya sənətinə dair digər məqamlər haqqında təqdimat nümayiş etdirilib.
Eyni zamanda təcrübi nümunələrlə uşaqların sualları cavablandırılıb, yeni rəqəmsal texnologiyaların imkanları baradə ətraflı məlumat verilib.