Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə fəalı Kərimli Nihad Ətraf mühitin qorunması və təmizlik qaydaları mövzusunda maarifləndirici poster hazırlayıb.
Bu maarifləndirici material insanlarda ətraf mühitə qarşı məsuliyyət hissini artırmaq, təmizlik qaydalarına riayət etməyin vacibliyini vurğulamaq və təbiətin qorunmasını təbliğ edir. Eyni zamanda, insanların gündəlik həyatda daha diqqətli davranaraq tullantıları düzgün şəkildə atması, təbii resurslara qənaət etməsi və yaşıl mühitin qorunmasına töhfə verməsi hədəflənir. Gələcək nəsillər üçün daha təmiz və sağlam mühitin yaradılması əsas məqsəd kimi göstərilir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər