Uşaq Səfirlər Məclisinin Şəmkir regionu üzrə nümayəndələrinin “Rəqəmsal dünyamız” adlı təlimi
Uşaq Səfirlər Məclisinin Şəmkir regionu üzrə nümayəndələrinin “Rəqəmsal dünyamız” adlı təlimi
Uşaq Səfirlər Məclisinin Şəmkir regionu üzrə nümayəndələri Aylin Hacıyeva və Mehriban Məmmədova tərəfindən Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseydə “Rəqəmsal dünyamız” adlı təlim keçirilib.
Təlimdə internetin mənfi və müsbət tərəflərindən, uşaqların internetdən təhlükəsiz istifadəsi üçün “filrlənmiş informasiya” proqramının istifadəsindən və bu prosesdə uşaqlarla yanaşı, valideynlərin də yaxından iştirak etməli olduqları bildirilib: “Müasir və rəqəmsal dövrümüzdə gələcəyimiz olan uşaqların bu texnologiyanın faydalı tərəflərindən istifadəsini təmin etmək üçün uşaqlar və böyüklər birgə işləməli, maraqlar üst-üstə düşməlidir”.
Təlim zamanı həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə istifadəyə verilən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) barədə də məlumat verilib, təhsil müəssisələrindəki kimi digər yerlərdə də uşaqlar üçün filtirlənmiş internetdən istifadənin üstünlüklərindən danışılıb.
Sonra uşaqlar mövzu ilə bağlı təqdimatlar edib, təkliflərini səsləndiriblər.
Təlim mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.