Uşaq Səfirlər Məclisinin “Robocoder” təlimlər silsiləsi davam edir …
Uşaq Səfirlər Məclisinin “Robocoder” təlimlər silsiləsi davam edir …
Dekabr ayının 10-u və 14-ü “Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəlikləri” layihəsinin iştirakçısı olan S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında proqramlaşdırma dərsləri üzrə təlimlər silsiləsinin dördüncü və beşinci görüşü baş tutub.
Təlimlərin 6-cü günündə Bootstarp adlı dərs keçirilib. Dərs zamanı Bootsrap nədir, harada istifadə olunur?, Bootstarp kodları necə yazılır, necə istifadə olunur haqqında, 7-cü günündə isə "JavaScript" adlı dərs keçirilib. Dərs zamanı JavaScript kodunu brauzerdə necə icra edirik? , JavaScript nədir?, JavaScript kodunu "HTML" faylına necə əlavə edirik? haqqında geniş məlumat verilib və təlimlərin mövzusuna uyğun tapşırı nümunələri izah edilib.
Təlimlərin irələyən hissələrində yeni dərslər olan "Bootstarp" və "JavaScript" üzərində sual-cavab sessiyası keçirilib, uşaqlara verilən tapşırıqlar yoxlanılıb və suallar cavablandırılıb.