Uşaq Səfirlər Məclisinin “Robocoder” təlimlər silsiləsi davam edir
Uşaq Səfirlər Məclisinin “Robocoder” təlimlər silsiləsi davam edir
Noyabrın 30-da “Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəlikləri” layihəsinin iştirakçısı olan S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında proqramlaşdırma dərsləri üzrə təlimlər silsiləsinin üçüncü görüşü baş tutub.
Təlimin növbəti mövzusu olan “C.Array.Algorithm” üzrə dərs keçirilib. “C” dərsinin önəmli hissəsi olan “Array”ların necə yaradıldıqları, hansı növlərinin olduğunu haqqında ətraflı izah verilib və nümunə üzərində təqdimat keçirilib.
Dərsin sonrakı mövzusu olan Alqoritim hissəsində onların növlərinin kompüterdə necə işlədiyi izah edilib.
Təlim uşaqları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.