Uşaq Səfirlər Məclisinin region üzrə fəalları uğura imza atıblar!

Uşaq Səfirlər Məclisinin region üzrə fəalları uğura imza atıblar!

  • 04 May 2026
  • admin

Balakən rayonu üzrə fəalımız Səadət Çərçiyeva “Daşların sirri – Tarixi abidənin söhbəti” mövzusu ilə I yerə layiq görülüb.
Şabran rayonu üzrə fəalımız Natavan Quliyeva isə “Sükutun dili – Bölgəmin gölü” mövzusu ilə III yerə sahib olub.

Qeyd edək ki, “Mənim İrsim Danışır” respublika müsabiqəsi gənclərin milli-mədəni irsimizə olan marağını artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi ilə təşkil olunur.

Qaliblərimizi bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq!