Uşaq Səfirlər Məclisinin region nümayəndələri tərəfindən "17 aprel- Hemofiliya günü" ilə bağlı təlimlər keçirilib
Uşaq Səfirlər Məclisinin region nümayəndələri tərəfindən "17 aprel- Hemofiliya günü" ilə bağlı təlimlər keçirilib
Uşaq Səfirlər Məclisinin Ağstafa və Tərtər regionu üzrə nümayəndələri Aytac Məmmədova (Ağstafa), Nilufər Zeynəlzadə (Tərtər),
Bahram Məmmədli (Tərtər) tərəfindən maarifləndirici təlim baş tutub.
Dünyanın bir çox ölkələrində sürətlə yayılan Hemofiliya xəstəliyinin əlamətləri, səbəbi və müalicəsi istiqamətində geniş məlumat verilib. O cümlədən xəstəliyə düçar olmuş şəxslərin psixoloji vəziyyəti və onlara dəstək istiqamətində bir çox fikir səslənib.
Görüşün sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.