Uşaq Səfirlər Məclisinin region nümayəndələri ilə təlim
Uşaq Səfirlər Məclisinin region nümayəndələri üçün təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.23-cü bəndinə əsasən (Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkili) Komitənin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin 28 rayondan olan 56 iştirakçı üçün Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev tərəfindən təlim keçirilib.
Təlimin məqsədi respublikanın rayonlarında və ucqar kəndlərində narkomaniya ilə mübarizə çərçivəsində maarifləndirmə işlərinin çoxşaxəli aparılması üçün yeniyetmə və gənclərin müvafiq mövzuda hazırlanmasıdır.