Uşaq Səfirlər Məclisinin "Sən dəyiş, dünyan dəyişsin" adlı növbəti təlimi
Uşaq Səfirlər Məclisinin "Sən dəyiş, dünyan dəyişsin" adlı növbəti təlimi
Uşaq Səfirlər Məclisinin səfirləri Məryəm Hacıyeva və Rüfət Əzizzadə tərəfindən Firudin bəy Köçərli adına Uşaq Kitabxanasında növbəti təlimi keçirilib.
Təlim zamanı "Streotip nədir? ", "Stereotip - komplekslərin mənbəyi", "Yetkinlik dövrü ərəfəsində baş verən fizioloji dəyişikliklər" kimi bir sıra mövzularda canlı diskussiya aparılıb.
Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, böyüyən dövr ərzində uşaqların fiziki və psixoloji inkişafı, onları narahat edən məsələlər barədə müzakirələr aparılıb, "Streotip nədir? ", "Stereotip - komplekslərin mənbəyi", "Yetkinlik dövrü ərəfəsində baş verən fizioloji dəyişikliklər" kimi məsələlər, onların həlli istiqamətində təkliflər irəli sürülüb. Eyni zamanda uşaqlar qeyd ediblər ki, müsbət davranışlar, oxuduğumuz kitablar, əldə etdiyimiz məlumatlar və s. bir pillə bizi irəli aparır. Həmçinin, oxumaqdan, öyrənməkdən, inkişaf etməkdən imtina etdiyimiz və məhrum qaldığımız hər gün geri qalmağımıza səbəb olur.
Təlim iştirakçıları dünyanın hər yerində uşaqların öz enerji, fərdi bilik və bacarıqlarını artırmağa yönəltməklə, özünə inam və inkişafın bütün istiqamətləri üzrə qayğı ilə əhatə olunması fikrində olduqlarını bildiriblər.
Təlim uşaqların çoxsaylı suallarının cavablandırılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.