Uşaq Səfirlər Məclisinin Qəbələ regionu üzrə nümayəndəsinin “Erkən nikaha yox deyək və təhsildən geri qalmayaq!” təlimi

Uşaq Səfirlər Məclisinin Qəbələ regionu üzrə nümayəndəsinin “Erkən nikaha yox deyək və təhsildən geri qalmayaq!” təlimi

  • 30 Aprel 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Qəbələ regionu üzrə numayəndəsi Ayan Ağalının təşəbbüsü ilə Qəbələ rayon Aydınqışlaq kənd tam orta məktəbində “Erkən nikaha yox deyək və təhsildən geri qalmayaq!” adlı təlim keçirilib.

Təlimdə Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Ayan Ağalı və  Zəhra Həşimli, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin psixoloqu və VIll-IX siniflərin şagirdi olan qızlar iştirak ediblər.

Təlim zamanı erkən nikahın fəsadları, ölkəmizdəki real vəziyyət və təhsilin bütün bunlardan daha vacib olduğu diqqətə çatdırılıb. Bildirilib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə 18 yaşına qədər hər kəs uşaqdır və burada öz əksini tapan başlıca hüquqlardan biri də təhsil hüququdur (22. Maddə). Eyni zamanda ölkəmizdə bu hüquqların qorunması müvafiq dövlət qurumları tərəfindən təmin edilir və bu tip halların qurbanına çevrilən və ya şahidi olan uşaqlar və ya digər şəxslər vaxtında aidiyyəti icra hakimiyyəti orqanı qarşısında məsələni qalıdrmalı və həlli istiqamətində tədbir görməlidir. Bu həm bizim hüququmuz, həm də vətəndaşlıq borcumuzdur.

Sonra məktəb psixoloqu uşaqların məsələ ilə bağlı mülahizələrini yoxlamaq məqsədilə testlər aparıb.

Təlim uşaqların suallarının cavablandırılması ilə başa çatıb.