Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsinin “Erkən nikaha yox deyək və təhsildən kənar qalmayaq!” mövuzusunda təlimi
Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsinin “Erkən nikaha yox deyək və təhsildən kənar qalmayaq!” mövuzusunda təlimi
Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsi Ayan Ağalının təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) dəstəyi ilə Qəbələ rayon 4 saylı tam orta məktəbdə “Erkən nikaha yox deyək və təhsildən geri qalmayaq!” mövzusunda təlim keçirilib.
Təlimdə Qəbələ UADM-in direktoru Günel Ağayeva, mərkəzin sosial iş üzrə mütəxəssisi Fidan Xanalıyeva, Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsi Ayan Ağalı və Zəhra Həşimli, Qəbələ rayon 4 saylı tam orta məktəbin təlim və tərbiyə üzrə direktor müavini Mətanət Mahmudova və VII-IX siniflərdə təhsil alan qızlar iştirak ediblər.
Təlimdə sağlam gələcək naminə keçirilən bu təlimin böyük əhəmiyyəti olduğunu bildirilib. Qeyd olunub ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindəndir. Erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması da zəruridir. Bugünkü cəmiyyətimiz dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.
Sonra təlimdə 2023-cü ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan Azərbaycan Tibb Universitetinin tələbəsi Ləman Yaşarlının təqdimatında video-çarx nümayiş etdirilib. O təhsildə əldə etdiyi nəaliyyətlərdən danışıb və qızların təhsil almasının vacib olduğunu vurğulayıb.
Təlimin sonunda psixoloji test olan rəng və özünü qiymətləndirmə testləri, qızların şəxsi inkişafı və karyeralarında uğur qazanmaları üçün uğur motivasiyası üzrə iş aparılıb.