Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsi tərəfindən “Yalnız bir DÜNYA” adlı tədbir keçirilib

Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsi tərəfindən “Yalnız bir DÜNYA” adlı tədbir keçirilib

  • 29 Fevral 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsi tərəfindən “Yalnız bir DÜNYA” adlı tədbir keçirilib

Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndəsi Zəhra Həşimlinin təşəbbüsü ilə Qəbələ rayon 3 №-li tam orta məktəbdə “Yalnız bir DÜNYA” adlı tədbir keçirilib.

Tədbirdə Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələri Zəhra Həşimli və Ayan Ağalı, Qəbələ rayon 3 №-li tam orta məktəbin V sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söz açılıb. Bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətliolduğu bildirilib. Qeyd edilib ki, bu cənab Prezident tərəfindən imzalanan Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə artması əsas məsələlərdəndir. Bu istiqamətdə uşaqlar da həmrəy olmalı və gələcəyin təminatçısı olan bu fərdlər də təbiətin qorunmasına öz təhfələrini verməlidirlər.

Tədbir uşaqların mövzu ilə bağlı fikirlərinin səsləndirilməsi və diskussiya ilə davam edib.