Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin “Narkomaniyaya və  zərərli vərdişlərə yox deyək!”  adlı təlimi

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin “Narkomaniyaya və  zərərli vərdişlərə yox deyək!”  adlı təlimi

  • 23 Fevral 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin “Narkomaniyaya və  zərərli vərdişlərə yox deyək!”  adlı təlimi

Uşaq Səfirlər Məclisinin Qax rayon nümayəndələri Gülay Mütəllibova və Məleykə Sadıqzadənin təşəbbüsü, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qax rayon 3 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək!” adlı təlim keçirilib.

Təlimdə Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Allahverdiyev, məktəbin direktoru Leyla Mahmudova, şagirdlər və müəllimlər iştirak ediblər.

Çıxış edən Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Allahverdiyev və məktəbin direktoru Leyla Mahmudova Uşaq Səfirlər Məclisinin region nümayəndəlikləri layihəsinin yerlərdə fəaliyyətinin uşaqların inkişafı üçün faydalı olduğunu bildiriblər. Qeyd ediblər ki, bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya uşaqların yanaşmasının təqdimi daha effektiv nəticələr verə bilər.

Sonra Uşaq Səfirlər Məclisinin Qax rayon nümayəndələri Gülay Mütəllibova və Məleykə Sadıqzadə gənc nəsil arasında narkotik maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, bu maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar, bununla əlaqədar hüquq pozuntularının profilaktikası haqqında uşaqlara ətraflı məlumat veriblər. Həmçinin bildiriblər ki, bu gün təməli düzgün qoyulan gənc nəsil gələcəkdə bu bəlaya da qalib gələcəkdir.

Təlim uşaqların mövzu ətrafında təkliflərinin səsləndirilməsi və onları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.