Uşaq Səfirlər Məclisinin Qax rayon üzrə fəalı Şükür  Sadıqlının təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Qax rayon üzrə fəalı Şükür Sadıqlının təşəbbüsü

  • 27 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Qax rayon üzrə fəalı Şükür Sadıqlının təşəbbüsü, Qax şəhər 1 saylı tam orta məktəbin dəstəyi ilə birgə 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar "Ordumuz qürurumuzdur" mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət hissi aşılamaqdır.

Həmçinin, tədbirdə Qax şəhər D.Əliyeva adına 1 saylı tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş Firidun Əhmədovun 1-ci və 2-ci Qarabağ müharibələri , milli qəhrəmanlarımız və şəhidlərimiz haqqında çıxış etdi .

Tədbirin sonunda tədbir iştirakçıları Qax şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər .

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər