Uşaq Səfirlər Məclisinin nümayəndəlikləri üçün yeni layihəyə start verilir!
Uşaq Səfirlər Məclisinin nümayəndəlikləri üçün yeni layihəyə start verilir!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr, 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verən ölkəmizin gələcəyi olan uşaqlarımızın da bu prosesə öz töhfələrini verməsi, iştirakının təmin olunması və təşəbbüskarlıq bacarıqlarının inkişafı, bununla bərabər ətraf mühitin mühafizəsi, dünyanın qorunması və bu istiqamətdə təkliflərinin reallaşdırılması üçün əlverişli platformanın yaradılması məqsədilə Uşaq Səfirlər Məclisinin məktəb və regional nümayəndəlikləri üçün “Yalnız bir DÜNYA” layihəsinə start verilir.
Layihə çərçivəsində il ərzində müvafiq fəaliyyət planı üzrə uşaqlara öz təkliflərini və təşəbbüslərini reallaşdırmaq, həmçinin hərtərəfli inkişafları üçün imkan yaradılacaq.
Qeyd edək ki, layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və ümumtəhsil müəssisələrinin dəstəyi ilə həyata keçiriləcək.