Uşaq Səfirlər Məclisinin nümayəndələrinin “Qızıltəpə” tarixi yaşayış ərazisinə ekskursiyası
Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndələrinin birgə təşkilatçılığı, Rayon İcra Hakimiyyəti dəstəyi ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində Uşaq Səfirlər Məclisinin rayon üzrə fəallarının və məktəblilərin İmişli rayonunun Qızılkənd İnzibati ərazisində yerləşən “Qızıltəpə” tarixi yaşayış ərazisinə ekskursiyası təşkil edilib.
Ekskursiyada Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, Uşaq Səfirlər Məclisinin rayon üzrə fəalları, İ. Tahirov adına Mehdili kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Ekskursiya zamanı uşaqlara “Qızıltəpə” tarixi yaşayış ərazisi haqqında geniş məlumat verilib. Bildirilib ki, 5 hektarlıq ərazi iki hissədən ibarətdir. Ərazidəki tarixi abidənin hündürlüyü 17 metrdir. Bu da ətrafı yaxşı müşahidə etmək imkanı verir. Təpə 4 tərəfdən su ilə əhatə olunub. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan qiymətli maddi nümunələr abidənin orta əsrlərə aid olduğunu deməyə əsas verir.
Ekskursiya məktəblilərdə böyük maraq doğurub.