Uşaq Səfirlər Məclisinin İmişli rayonu üzrə nümayəndələri Həsənzadə Nicat və Səmədova Gülxanımın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin İmişli rayonu üzrə nümayəndələri Həsənzadə Nicat və Səmədova Gülxanımın təşəbbüsü, İmişli rayon təhsil sektorunun dəstəyi ilə, İmişli rayonu Heydər Əliyev Mərkəzində Uşaq Hüquqlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi gənclərə Uşaq Hüquqları Konvensiyası, uşaqların hüquq və vəzifələri, onların qorunması və təbliği barədə ətraflı məlumat vermək, gənc nəslin hüquqi maariflənməsinə töhfə vermək, uşaq hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulamaq, şagird və tələbələrdə humanizm, bərabərlik və məsuliyyət hissini gücləndirmək olmuşdur. Eyni zamanda, tədbir iştirakçıları arasında yaradıcılıq və ictimai fəallığın təşviq olunması da mühüm məqam kimi qeyd edilmişdir. Müzakirələr zamanı şagirdlər, müxtəlif həyat situasiyalarına daxil olaraq, öz mövqelərini izah etmiş, həmçinin Ulu Öndər Heydər Əliyevin uşaqların təhsili və müdafiəsi ilə bağlı fəaliyyətinə dair fotolar və rəsmi sənədlər haqqında geniş məlumat verilmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər