Uşaq Səfirlər Məclisinin İKT Departamentinin üzvü Tunar Məmmədlinin həmmüəllifi olduğu elmi məqalə IEEE tərəfindən nəşr edilib.
Uşaq Səfirlər Məclisinin İKT Departamentinin üzvü Tunar Məmmədlinin həmmüəllifi olduğu elmi məqalə IEEE tərəfindən nəşr edilib.
Qeyd edək ki, IEEE (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) elektrik mühəndisliyi, elektronika və kompüter elmləri sahəsində dünyanın ən böyük peşəkar təşkilatıdır.
Məqalə Böyük Dil Modellərinin (LLM) fərdi istifadəçilərin yazı üslubunu və danışıq tonunu daha dəqiq əks etdirmək üçün təqdim etdiyi innovativ yanaşmanı əhatə edir. Bu tədqiqat 16-18 oktyabr 2024-cü il tarixlərində keçirilmiş 15-ci Beynəlxalq İKT Konvergensiyası Konfransında təqdim edilib və artıq IEEE platformasında yayımlanıb.
Uşaq Səfirlər Məclisi olaraq, Tunar Məmmədlini təbrik edir və ona uğurlar arzu edirik!