Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə Beynəlxalq nümayəndəsi Nəsimi Sadıqlı Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb
Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə Beynəlxalq nümayəndəsi Nəsimi Sadıqlı Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb
Dekabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə Beynəlxalq nümayəndəsi Nəsimi Sadıqlı Gürcüstanın Prezident Sarayında keçirilən tədbirdə iştirak edib.
Tədbir zamanı nümayəndəmiz Nəsimi Sadıqlı Gürcüstan Respublikasının Prezidenti xanım Salome Zurabişvili ilə görüşərək, təhsil aldığı proqram və Azərbaycan Uşaq Səfirlər Məclisi, onun fəaliyyət istiqamətləri barədə məlumat verib. Xanım Prezident nümayəndəmizə işlərində müvəffəqiyyətlər arzu edib.
Qeyd edək ki, “International Baccalaureate (IB)” proqramı ilə tam təqaüdlü təhsil haqqı qazanan Nəsimi Sadıqlı 2023-cü ildən Avropa İttifaqının Gürcüstan Respublikasındakı məktəbində (Eastern Partnership European School in Georgia) təhsil alır.
Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə Beynəlxalq nümayəndəsi Nəsimi Sadıqlıya işlərində uğurlar arzu edirik!