Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə, Əli Nəzərli və rayon fəalı Aygün Məmmədovanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə, Əli Nəzərli və rayon fəalı Aygün Məmmədovanın təşəbbüsü ilə Astara rayon Park Bulvar ərazisində "Səsin Gücdür" adlı
təlim keçirilib. Təlimin məqsədi gənclər arasında bullinqə qarşı maariflənməni artırmaq və bu sosial problemin təsirlərinə diqqət çəkmək olub.
Tədbir tanışlıq və komanda ruhunu gücləndirən müxtəlif oyunlarla başlayıb. Bu fəaliyyətlər iştirakçılar arasında əlaqənin qurulmasına və təlim mühitinin daha səmərəli keçməsinə şərait yaradıb. Ardınca fəalımız tərəfindən bullinqin mahiyyəti, növləri, səbəbləri və psixoloji təsirləri haqqında ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçılar qruplara bölünərək öyrəndiklərini müzakirə ediblər. Gənclər bullinqə qarşı hansı addımların atıla biləcəyi barədə fikirlərini paylaşaraq problemin həllinə yönəlik tövsiyələr irəli sürüblər. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər