Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Abbaszadə Ayxan və Əliyeva Zəhranın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Abbaszadə Ayxan və Əliyeva Zəhranın təşəbbüsü

  • 06 İyul 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Abbaszadə Ayxan və Əliyeva Zəhranın təşəbbüsü, fəalların iştirakı, Abşeron Rayon İcra Hakimiyyəti və Təhsil sektorunun dəstəyi ilə deputat Nigar Məmmədova ilə görüş keçirilmişdir.

Görüş zamanı nümayəndə və fəalların indiyə qədər həyata keçirdikləri təşəbbüslər, gələcək planları və bölgələrdəki uşaqları maraqlandıran məsələlər ətrafında faydalı müzakirələr aparılmış, könüllülük, liderlik və komanda ruhunun əhəmiyyəti vurğulanmışdır. Enerjili və səmimi şəraitdə keçən görüş gənclər üçün ilhamverici və motivasiyaedici bir başlanğıc olmuşdur.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər