Uşaq Səfirlər Məclisi Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini ehtiramla yad edir.

Uşaq Səfirlər Məclisi Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini ehtiramla yad edir.

  • 27 Sentyabr 2026
  • admin

27 Sentyabr - Vətən müharibəsinin başlanğıc günü, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin ehtiramla yad edildiyi əlamətdar tarixdir.

Bu gün xalqımızın milli birliyini, Vətənə bağlılığını və ərazi bütövlüyünün bərpası uğrunda nümayiş etdirdiyi sarsılmaz iradəni təcəssüm etdirir. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı Azərbaycanın tarixində silinməz iz qoymuş, onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Bu əlamətdar gündə bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, onların ailələrinə səbir, xalqımıza isə sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq.