Uşaq Səfirlər Məclisi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edir!
9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, müstəqilliyini və dövlətçiliyini təcəssüm etdirən əlamətdar gündür.
Üçrəngli bayrağımız xalqımızın milli kimliyini, azadlıq və müstəqillik ideallarını özündə əks etdirir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir.
Dövlət bayrağımız hər bir azərbaycanlı üçün Vətənə bağlılığın, milli birliyin və qürurun rəmzidir.
Bayrağımız daim ucalarda dalğalansın!