Uşaq Səfirlər Məclisi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edir!
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur və qəhrəmanlıq rəmzi olan əlamətdar gündür.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın birliyini, Azərbaycan ordusunun gücünü və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Bu şanlı tarix şəhidlərimizin əziz xatirəsini, qazilərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini yaşadır.
Zəfər Günümüz mübarək!