Uşaq Səfirlər “2023 yılı II. Çocuk Danışma Kurulu Toplantısı”nda iştirak ediblər.

Uşaq Səfirlər “2023 yılı II. Çocuk Danışma Kurulu Toplantısı”nda iştirak ediblər.

  • 21 İyul 2023
  • admin

Uşaq Səfirlər “2023 yılı II. Çocuk Danışma Kurulu Toplantısı”nda iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin üzvləri Türkiyənin Aile ve Sosyal Hizmetler Bakanlığı yanında Çoçuk Hakları Komitesi tərəfindən təşkil edilən “2023 yılı II. Çocuk Danışma Kurulu Toplantısı”nda iştirak ediblər.

İclasda Türkiyənin Aile ve Sosyal Hizmetler Bakanlığının Çocuk Hizmetleri Genel müdiri Dr. Musa ŞAHİN, Çocuk Hakları Daire başkanı Aslı Erdem, BMT Uşaq Fondunun (UNİCEF) Türkiyə təmsilçisi Jairus Ligoo, Çocuk Hakları Komitesi Türkiye Koordinatörü Emirhan Keskin, Çocuk Hakları Komitesinin idarə heyəti üzvləri, Türkiyənin müxtəlif şəhər və rayonlarından olan təmsilçiləri və eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva, Uşaq Səfirlər Məclisin rəhbərliyi və üzvləri iştirak ediblər.

İclasın “Kardeşlik oturumu” adlanan hissəsində çıxış edən Dr. Musa ŞAHİN, Aslı Erdem və Jairus Ligoo bugünkü görüşdə iki qardaş ölkənin uşaqları arasında yaradılmaqda olan körpünün bütün dünya uşaqlarını öz ətrafına cəlb etməyi bacaracaq bir platforma rolunu oynayacağından və uşaq hüquqlarının ən ucqar nöqtələrdə belə öyrənilməsinə, təbliğinə və təşviqinə xidmət edəcək layihələrin məhz uşaqlar tərəfindən keçirildiyinə, onların təşəbbüsü ilə təşkil edildiyinə görə sevinc hissi duyduqlarını bildiriblər. Eyni zamanda vurğulayıblar ki, Azərbaycanda və Türkiyədə oxşar fəaliyyət istiqamətlərinə sahib olan bu iki qurumun əməkdaşlığı gələcəkdə böyük işlərə imza atılmasını qaçılmaz edir.

Sonra Uşaq Səfirlər Məclisindən çıxış edən Nurlan Cəbrayılzadə, Əsmər İsmayılova, Mətləb Orucov, Məryəm Hüseynova və Məryəm Hacıyeva qardaş Türkiyədən olan həmyaşdılarımız ilə keçirə biləcəyimiz layihələr, birgə əməkdaşlıq şəraitində müəyyənləşdirə biləcəyimiz istiqamətlər və dövlətlərarası münasibətlərdə uşaqlarında bu işə töhfə verməsini həyata keçirmək üçün görülə biləcək işlərdən söz açıblar.

İclasın növbəti hissəsində Türkiyə Çoçuk Hakları Komitesinin müxtəlif şəhər və rayonlarından olan nümayəndələri qarşılıqlı əməkdaşlıqdan böyük məmnuniyyət hissi keçirdiklərini və birlikdə layihələr keçirməkdən böyük sevinc hissi yaşadıqlarını qeyd ediblər.

Görüş müzakirələrlə davam edib.