Uşaq Səfirimiz Nəzrin Bayramlı Harvard və Yale Universitetlərinin ortaq CS50 təlim proqramını uğurla başa vurub

Uşaq Səfirimiz Nəzrin Bayramlı Harvard və Yale Universitetlərinin ortaq CS50 təlim proqramını uğurla başa vurub

  • 05 Yanvar 2024
  • admin

Uşaq Səfirimiz Nəzrin Bayramlı Harvard və Yale Universitetlərinin ortaq CS50 təlim proqramını uğurla başa vurub

Avqust-dekabr aylarında ABŞ-ın Harvard və Yale Universitetlərinin ortaq CS50 (Computer Science 50) təlim proqramı baş tutub. Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvü Nəzrin Bayramlı təlim proqramını uğurla başa vurub.

Harvard Universitetinin Kompüter elmləri üzrə professoru David J. Malan tərəfindən aparılan proqram zamanı iştirakçılara təməl kompüter biliklərinin müxtəlif proqramlaşdırma dilləri ilə tətbiqedilməsi, 10-a yaxın proqramlaşdırma dilinin xüsusiyyətləri izah edilib, həmçinin iştirakçıların hazırladıqları proyektlər yoxlanılmaqla uğurlu işlər sertifikatlar ilə təltif edilib.

Qeyd edək ki, proqramda müxtəlif ölkələrdən tələbə və məktəblilər iştirak edib.

Nəzrini təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!