Uşaq Səfirimiz Ankara IX Beynəlxalq Elmi Araşdırmalar Konfransında məruzə edib

Uşaq Səfirimiz Ankara IX Beynəlxalq Elmi Araşdırmalar Konfransında məruzə edib

  • 06 Yanvar 2024
  • admin

Uşaq Səfirimiz Ankara IX Beynəlxalq Elmi Araşdırmalar Konfransında məruzə edib

Uşaq Səfirlər Məclisinin Beynəlxalq əlaqələr departamentinin üzvü İbrahim Əli Xudiyev elmi rəhbəri Birləşmiş Krallığın Kembric Universitetinin hesablama biologiyası üzrə professoru Pietro Liò ilə birgə elektrik enerjisi mənbələrinin düzgün idarə edilməsi və qənaətinə dair hazırladığı məqaləsi üzrə Ankara IX Beynəlxalq Elmi Araşdırmalar Konfransında məruzə edib.

26-29 dekabr, 2023-cü il tarixində keçirilən Ankara IX Beynəlxalq Elmi Araşdırmalar Konfransında 16 ölkədən yüzlərlə məruzəçinin araşdırmaları dinlənilib və həmin məqalələrdən ibarət elmi məcmuə çap edilib.

Qeyd edək ki, ingilis dilində məruzə edən İbrahim Əli Xudiyev uğurlu iştirakına görə sertifikatla təltif edilib.