“Uşaq hüquqları” və “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə” mövzusunda maarifləndirici təlimlər keçirilib.
Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları” və “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə” mövzusunda maarifləndirici təlimlər keçirilib.
Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində baş tutan təlimlərdə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək, iştirakçıları salamlayıb, onlara Uşaq Səfirlər Məclisi barədə məlumat verib və layihənin əhəmiyyətindən bəhs edib.
Uşaq Səfirlər Məclisinin üzvləri Məryəm Hacıyeva, Əliəkbər Babayev və Nəzrin Bayramlı tərəfindən keçirilən təlimlər zamanı uşaqların mövzu ilə bağlı maraqlı fikirləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr təşkil edilib.