Üç ayın ən fəal rayonu – Abşeron!

Üç ayın ən fəal rayonu – Abşeron!

  • 12 Yanvar 2026
  • admin

Üç ayın ən fəal rayonu – Abşeron!

Oktyabr, noyabr və dekabr aylarını əhatə edən qiymətləndirmə dövründə Abşeron rayonu fərqlənərək “Ən fəal rayon” adına layiq görülüb!

Uğurlu təşəbbüsləri və fəal iştirakına görə Abşeron rayon nümayəndələri Ayxan Abbaszadə və Zəhra Əliyevaya dərin təşəkkürümüzü bildiririk! Gələcək işlərinizdə daha böyük nailiyyətlər arzulayırıq!

Qeyd edək ki, “Ən fəal rayon” nominasiyası Uşaq Səfirlər Məclisi çərçivəsində regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən 3 aylıq qiymətləndirmənin nəticəsidir. Bu müddət ərzində Abşeron rayonu üzrə 18 tədbir həyata keçirilmiş, bu tədbirlər çərçivəsində 1 261 nəfər faydalanmışdır. Fəal iştirakı, təşəbbüskarlığı və uğurlu təşkilatçılığı ilə seçilərək bu ada layiq görülmüşdür.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər