Türkiyə Respublikasından ölkəmizə gələn nümayəndə heyəti ilə görüş
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Uşaq hüquqları tribunası” mövzusunda keçiriləcək konfransda iştirak üçün Türkiyə Respublikasından ölkəmizə gələn nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan Komitənin sədr müavini Aynur Sofiyeva iki dövlət arasındakı qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər bir sahədə olduğu kimi ailə, qadın və uşaq məsələləri sahəsində də əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Sabah baş tutacaq 20 Noyabr-Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilən konfransın məhsuldar keçəcəyini qeyd edərək, eyni zamanda iki dövlətin uşaqları arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Komitənin Uşaq səfirlər Məclisinin üzvlərinin də iştirak etdiyi görüşdə birgə fəaliyyətin perspektivləri müzakirə edilib.