“Süni intellektin düzgün istifadəsi” mövzusunda təlimə qeydiyyat başladı!

“Süni intellektin düzgün istifadəsi” mövzusunda təlimə qeydiyyat başladı!

  • 12 Noyabr 2026
  • admin

Təlimin əsas məqsədi uşaqlar arasında süni intellektdən düzgün, səmərəli və məsuliyyətli istifadə ilə bağlı məlumatlılığı artırmaq, onların rəqəmsal savadlılıq, tənqidi düşünmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir. Təlim çərçivəsində iştirakçılara süni intellektin gələcək peşələrə təsiri, insan və süni intellekt arasında əməkdaşlıq, effektiv nəticə əldə etmək üçün düzgün sorğu (prompt) hazırlamaq və AI tərəfindən təqdim olunan məlumatları təhlil edib yoxlamaq yolları öyrədiləcək. Əsas məqsəd şagirdlərə süni intellekti insanı əvəz edən deyil, onun imkanlarını genişləndirən bir vasitə kimi düzgün istifadə etməyi aşılamaqdır.

Tarix: 13 noyabr 2026-cı il
Saat: 15:00
Məkan: Bakı şəhəri
(Dəqiq məkan seçilmiş iştirakçılarla paylaşılacaqdır)

Qeydiyyat linki
https://forms.gle/ikL4Fs9v5XeGuUnMA