“Startup - Kiçik Biznes nədir?” mövzusunda görüş
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin məktəb nümayəndəliyində tədbir “Startup - Kiçik Biznes nədir?” mövzusunda görüş
Noyabrın 2-də Uşaq Səfirlər Məclisinin məktəb nümayəndəliyi olan S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında “Startup - Kiçik Biznes nədir?” mövzusunda görüş təşkil olunub.
Məclisin məktəb nümayəndəsi Musab Məmmədlinin təşəbbüsü və çoxsaylı startup layihələrin iştirakçısı olan Rəna Məmmədlinin iştirakı ilə baş tutan görüşdə “Biznes nədir?”, “Biznes və Startup-ın fərqi nələrdir?”, “Necə startup’çı ola bilərəm?” kimi mövzular ətrafında diskussiya aparılıb.
Görüşün məqsədi məktəblilərə “Uşaqdan-uşağa” prinsipini qorumaqla bu kimi məlumatların məhz uşaqlar vasitəsilə ötürülməsini təmin etmək, gələcək karyeraları ilə bağlı fikrin formalaşması istiqamətində faydalı olmaqdır.
Görüş müddətində uşaqlar öz fikirlərini açıq şəkildə ifadə ediblər və mövzu ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Uşaq Səfirlər Məclisinin məktəb nümayəndəliyi” layihəsi Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə (pilot) layihəsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
#UşaqdanUşağa #birlikdəöyrənək #UşaqSəfirlərMəclisi #USM #AiləQadınvəUşaqProblemləriüzrəDövlətKomitəsi #aqupdk #CAC