Region nümayəndələri ilə görüş
14 yanvar tarixində Uşaq Səfirlər Məclisinin yeni seçilmiş region nümayəndələrinin bir qismi ilə görüş keçirildi. Sumqayıt, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Naftalan, Daşkəsən, Goranboy, Samux, Ağcabədi, Ağdam, Füzuli , Xocalı, Xocavənd, Şuşa, Tərtər, Ağstafa, Gədəbəy, Şəmkir , Qusar, Siyəzən, Şabran, Xaçmaz, Lənkəran, Astara, Lerik və Masallı rayonlarından olan nümayəndələrə Uşaq Səfirlər Məclisinin fəaliyyəti və "Uşaqdan uşağa" layihəsinin davamı kimi Məclis yanında region nümayəndəliklərinin yaradılmasında əsas məqsəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri - C. Bağırova, Uşaq Səfirlər məclisinin sədri - N. Cəbrayılzadə və Koordinatoru - Ə. İsmayılova tərəfindən izah edildi. Sonda uşaqlar onları maraqlandıran məsələlər ilə bağlı suallarını və təkliflərini səsləndirdilər.