Region fəallarının təşəbbüsü ilə “Təhlükəsiz internet üçün maariflənək” adlı təlimlərə başlanılıb
Region fəallarının təşəbbüsü ilə “Təhlükəsiz internet üçün maariflənək” adlı təlimlərə başlanılıb
Uşaq Səfirlər Məclisinin Xaçmaz regionu üzrə fəalları Gülər Niftiyeva və Fidan Vəlixanova təhsil aldıqları Xudat şəhər 2 və 5 №-li tam orta məktəblərdə “Təhlükəsiz internet üçün maariflənək” mövzusunda təlim keçiblər.
Təlimlərdə informasiya dövründə internetin faydalı cəhətləri, eləcə də zərərli təsirləri və mənfi hallarla mübarizə istiqamətində görülə biləcək işlər diqqətə çatdırılıb. Həmçinin informasiya təhlükəsizliyinin təmin edilməsi, uşaqların sosial şəbəkələrdən və ümumilikdə, internetdən düzgün istifadəsinin təşviq edilməsi, spam xarakterli və viruslu onlayn proqramların və mesajların ayırd edilməsi, güclü şifrələrin yaradılması haqqında məlumat verilib. İnternetin həyatımızda rolunun vacib olması ilə yanaşı, bərabərində gətirdiyi təhlükələri bilərək öncədən mübarizə aparmaq və faydalı istiqamətlərini mənimsəməyin gələcəyimiz üçün əlverişli olduğu bildirilib.
Qeyd edək ki, təlimlər 16-17 aprel 2024-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən keçirilən eyniadlı təlimlər əsasında fəalların birbaşa təşəbbüsləri ilə təşkil edilib.